İnndi — Azərbaycanda inşaat materialları sahəsində fəaliyyət göstərən birinci B2B/B2C rəqəmsal platformadır. Biz tikinti şirkətlərini, fərdi alıcıları və material satıcılarını bir ekosistemə birləşdiririk.
Platformamız 2024-cü ildə Bakı şəhərinin tikinti bazarındakı parçalanmış strukturu aradan qaldırmaq məqsədilə yaradılmışdır. Hər kəs üçün şəffaf qiymətlər, etibarlı satıcılar və sürətli çatdırılma ilə inşaat prosesini asanlaşdırırıq.