İnndi platformasında sizin şəxsi məlumatlarınızın təhlükəsizliyi bizim üçün prioritetdir.
Biz yalnız xidmətlərimizi təqdim etmək üçün zəruri olan məlumatları toplayırıq (ad, soyad, əlaqə nömrəsi, ünvan). Xidmətlərin icrası (kuryer izləmə, dəqiq ünvan təyini) və satıcıların sənəd yükləməsi (PDF/Şəkil) məqsədilə, yalnız istifadəçinin birbaşa icazəsi daxilində cihazın məkan (GPS) və fayl yaddaşına (Kamera/Qalereya) giriş əldə edilə bilər.
Toplanmış məlumatlar sifarişlərin çatdırılması və xidmət keyfiyyətinin artırılması məqsədilə istifadə olunur.
Bütün məlumatlar müasir şifrələmə texnologiyaları ilə qorunur və üçüncü tərəflərə ötürülmür.
İstifadəçilər istənilən vaxt profil ayarlarındakı "Hesabı Sil" funksiyasından istifadə edərək öz hesablarını və bütün şəxsi məlumatlarını sistemdən (verilənlər bazasından) tamamilə və bərpaedilməz şəkildə silmək hüququna malikdirlər.
Kuryerlərin fəaliyyəti zamanı müştəri məmnuniyyətini və təhlükəsizliyi təmin etmək üçün real vaxt rejimində məkan (GPS) məlumatları toplanır və Alıcı ilə paylaşılır. Satıcıların təqdim etdiyi hüquqi sənədlər (VÖEN, şirkət çıxarışları) yoxlanış məqsədilə şifrələnmiş bazalarda saxlanılır.